Maştağa sakinindən avtomat götürüldü - FOTO

Maştağa sakinindən avtomat götürüldü - FOTO
16:29 24 Fevral 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

Sabunçu Rayon Polis İdarəsinin əməldaşları yaşadığı evdə odlu-silah-sursat gözlədən Maştağa qəsəbə sakinini saxlayıb. Lent.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, polisə əvvəllər dəfələrlə məhkum olunmuş Rizvan Fərzəliyevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fərzəliyev saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirilən zaman nömrəsi silinmiş "AKSU" markalı avtomat silahı, 27 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR