"Qarabağ"ın futbolçusu "Sportinq"dən niyə ayrılıb?

"Qarabağ"ın futbolçusu "Sportinq"dən niyə ayrılıb?
16:32 24 Fevral 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın futbolçusu Migel Markos Maderanın (Miçel) atası Mişel Markos oğlunun yetirməsi olduğu İspaniyanın "Sportinq" klubunu tərk etməsinin səbəblərini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İspaniyanın 3-cü divizionunda çıxış edən "Lenense" klubunun prezidenti olan Mişel Markos oğlunun "Sportinq"i maliyyə problemlərinə görə tərk etdiyini deyib:

"Miçel məcburiyyət qarşısında bu addımı atdı. Vəziyyətin düzəlməsini gözləyirdi. Amma maliyyə məsələlərinə görə, Miçel "Sportinq"i tərk etdi".

Xatırladaq ki, Migel Markos Madera 2005/10-cu illərdə "Sportinq"də çıxış edib. 31 yaşlı yarımmüdafiəçi Xixon təmsilçisindən sonra "Birmingem" (İngiltərə), AEK (Yunanıstan), "Xetafe" (İspaniya) klublarında çıxış edib. Təcrübəli futbolçu 2015-ci ildə İsrailin "Makkabi" (Hayfa) komandasından "Qarabağ"a keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR