Evində odlu silah-sursat gizlədən Maştağa sakini saxlanılıb

Evində odlu silah-sursat gizlədən Maştağa sakini saxlanılıb
16:32 24 Fevral 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə polis orqanları Sabunçu rayonunun Maştağa qəsəbəsində növbəti əməliyyat tədbiri keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinə (RPİ) Maştağa qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rizvan Fərzəliyevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub.
Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fərzəliyev saxlanılıb.
Onun yaşadığı mənzilə baxış keçirilən zaman nömrəsi silinmiş AKSU markalı avtomat silahı, 27 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir. 




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/evinde-odlu-silah-sursat-gizleden-mastaga-sakini-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR