Fransada Barak Obamanın prezidentliyə namizədliyini irəli sürmək istəyirlər

Fransada Barak Obamanın prezidentliyə namizədliyini irəli sürmək istəyirlər
16:37 24 Fevral 2017
122 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Fransadakı tərəfdarları onun bu ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyirlər.
"Report" xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat verib.
Məlumata görə, Parisdə üzərində "Obama17" yazısı və onun şəkli, eləcə də obama2017.fr saytının linki olan plakatlar görünüb.
Bu ideyanın təşəbbüskarları fransızlardan ABŞ-ın keçmiş liderinin Fransada prezident seçkilərində iştirak etməsi üçün müvafiq petisiya imzalamağı xahiş edirlər. Təşkilatçılar istəklərinin yerinə yetməsi üçün 1 milyon imza toplanmasının zəruri olduğunu bildiriblər.
Eyni zamanda, telekanal vurğulayıb ki, qanuna görə, Fransa prezidenti bu ölkənin vətəndaşı olmalıdır və Barak Obamanın belə hüququ yoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransada-barak-obamanin-prezidentliye-namizedliyini-ireli-surmek-isteyirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR