Rüfət Aslanlı: "Sığorta şirkətləri şəffaf olmalıdır"

Rüfət Aslanlı: "Sığorta şirkətləri şəffaf olmalıdır"
16:42 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycandakı sığorta şirkətlərinin ildə yalnız bir dəfə maliyyə hesabatını ictimaiyyətə açıqlamasına münasibət bildirib.
“Report”un məlumatına görə, Palata rəhbəri şirkətdən kommersiya bankları kimi ildə 4 dəfə hesabat tələb etmək üçün hüquqi əsasın olmadığını deyib: “Sığortaçılardan rüblük hesabat tələb etmək üçün hüquqi əsas yaratmalıyıq”.
Bununla belə, R.Aslanlı qeyd edib ki, sığorta şirkətləri maliyyə müəssisəsi olaraq hesabatlılıqda şəffaf olsalar, daha yaxşıdır: “Hesab edirəm ki, onlar şəffaf olmalıdır”.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rufet-aslanli-sigorta-sirketleri-seffaf-olmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR