Havar Məmmədov yeni yaradılan universitetin rektor əvəzi OLDU

Havar Məmmədov yeni yaradılan universitetin rektor əvəzi OLDU
17:08 24 Fevral 2017
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni yaradılan Bakı Mühəndislik Univeristetinə yeni rektor əvəzi təyin olunub.

Publika.az xəbər verir ki, universitet rektoru vəzifəsini artıq Havar Məmmədov icra edir.

Qeyd edək ki, Bakı Mühəndislik Universitetinə rektor əvəzi vəzifəsinin icrası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlova tapşırılmışdı. Lakin bu gün universitetdə keçirilən tədbirdə universitetin rektoru səlahiyyətlərini professor Havar Məmmədovun icra etdiyi bildirilib.

Onu da qeyd edək ki, Havar Məmmədov bundan əvvəl fəaliyyəti dayandırılan Qafqaz Universitetinin sonuncu rektoru olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/189178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR