Demokratlar VAXT VERDİ: Trampı devirəcək PLANIN DETALLARI

Demokratlar VAXT VERDİ: Trampı devirəcək PLANIN DETALLARI
17:43 24 Fevral 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Demokrat Partiyasının nümayəndələri prezident Donald Trampı hakimiyyətdən kənarlaşdırmaq üçün plan hazırlayıb.

Publika.az xəbər verir ki, bu haqda “Russia Today” (RT) telekanalı öz saytında bildirib.

“Devid Brok tərəfindən hazırlanmış sənəd Donald Trampın devrilməsi üzrə strateji iş planını özündə əks etdirir”, - xəbərdə deyilir.

Telekanalın tanış olduğu proqram Floridada Demokrat Partiyasının üzvlərinin investorlarla görüşündən sonra elan edilib. Təşəbbüsün müəllifləri qeyd edirlər ki, təklif edilən ölçülər 2020-ci ilə qədər Trampın impiçmentinə gətirib çıxaracaq. Demokratların əsas silahı Trampın yol verdiyi səhvlərin tənqidi olmalıdır.

“Onlar bütöv komandanı yaratmağı planlaşdırırlar. Bu komanda prezidentin başqa dövlətlərin liderləri ilə münasibətlərini və yeni administrasiyanın hər addımını izləyəcək”, - deyə RT yazıb.

Bundan başqa, komanda “Facebook”la əməkdaşlıq etmək niyyətindədir ki, sosial şəbəkə “arzu olunmayan” xəbərlərin yayılmasına mane olsun.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR