İki uşaq anasının onu zorlayan şəxsdən QİSASI AĞIR OLDU

İki uşaq anasının onu zorlayan şəxsdən QİSASI AĞIR OLDU
17:52 24 Fevral 2017
168 Dünya
Ölkə mətbuatı
A- A+

Dünən gecə Türkiyənin Sakarya vilayətində 39 yaşlı iki uşaq anası N.A. ona təcavüz etdiyini dediyi 37 yaşlı L.A. adlı TIR sürücüsünü güllələyib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, sürücü L.A. xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

2 uşaq anası N.A. ona bir il əvvəl təcavüz edib 4 min 500 lirəsini aldığını iddia etdiyi TIR sürücüsü L.A.-dan intiqam almaq qərarına gəlib. L.A.-nın İğdırdan yük gətirdiyini öyrənincə avtomobilinə minərək onu təqib etməyə başlayıb. Avtomobilinin önünə keçib L.A.-nı dayandıran N.A. onu görüb avtomobildən enərək qaçmağa çalışan sürücünü güllələyib.

İstintaq başladılıb.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR