Rusiyanın məşhur klubu 43 yaşlı futbolçu sifariş edib

Rusiyanın məşhur klubu 43 yaşlı futbolçu sifariş edib
19:27 24 Fevral 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Lokomotiv" klubu 43 yaşlı Dmitri Loskovu rəsmi yarışlarda futbolçu kimi iştirak etməsi üçün sifariş edib. 

Milli.Az report-a istinadən xəbər verir ki, qocaman yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə bağlanılıb.

Loskov 10 nömrəli forma ilə çıxış edəcək. O, komandanın 70 yaşlı baş məşqçisi, 2013-2014 mövsümündə "Qəbələ"yə rəhbərlik etmiş Yuri Syominin rəhbərliyi altında yenidən oynayacaq.

Qeyd edək ki, Dmitri Loskov ilk dəfə "Lokomotiv"ə 1996-cı ildə keçib. O, 2 dəfə Rusiya çempionluğu, 3 dəfə ölkə kuboku, 2 Superkubok və çoxsaylı fərdi mükafatlar qazanıb. Loskov "dəmiryolçular"ın heyətində 420 oyuna 128, Rusiya millisində isə 25 matçda 2 qol vurub. Təcrübəli futbolçu 2007-ci ildə tərk etdiyi kluba 2010-cu ildə qayıdıb və daha 3 il "qırmızı-yaşıl" forma geyinib. 2016-cı ildən Loskov "Lokomotiv"də məşqçi kimi çalışır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR