ATƏT PA-nın iclasında Xocalı soyqırımı barədə məsələ qaldırıldı

ATƏT PA-nın iclasında Xocalı soyqırımı barədə məsələ qaldırıldı
19:32 24 Fevral 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu günlərdə Azərbaycan Xocalıda baş vermiş soyqırımın 25 illiyini qeyd edir. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri ATƏT PA-nın qış sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva bildirib. O, faciə nəticəsində  613 azərbaycanlının qətlə yetirildiyi bildirib: "Dünyada bir sıra ölkələr Xocalıda baş vermiş hadisələri soyqırım kimi tanıyır. Ermənilər işğal etdikləri ərazilərimizdə bizim tarixi və dini abidələrimizi dağıdıb.

ATƏT-in 2 faktaraşdırıcı missiyası əraziyə 2 dəfə səfər edib. Onların hesabatlarında bu hallar açıq göstərilir. Bakıda erməni kilsəsi var, Azərbaycan hökuməti onu bərpa edib. 5 mindən çox erməni dilində kitab bu kisədə saxlanılır. Bu, azərbaycanlılar və ermənilər arasındakı fərqi göstərir. Günahsız insanlar hələ də Ermənistanın siyasətindən əziyyət çəkir. Əgər biz insan haqlarından danışırıqsa, onu da qeyd etməliyik ki, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün öz doğma torpaqlarından didərgin düşüb. Dağlıq Qarabağ və ətraf regionlar Azərbaycana aiddir. Bizim ərazi bütövlüyümüz bərpa olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər vacibdir. Beynəlxalq hüquq təmin olunmalıdır". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/520999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR