Zeynəb Xanlarovadan müharibə çağırışı: "Nə vaxta qədər dözməliyik?"

"Neçə illərdir ki, hamı çıxış edir. Bunlar nə üçündür? Özümüz deyib, özümüz də eşidirik”.

"Report"un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zeynəb Xanlarova deyib. O bildirib ki, torpaqların işğaldan azad edilməsi məsələsində gözləmək lazım deyil:

"Danışıqlar, müzakirələr mənə çatmır, onsuz da qulaq asmırlar. Müharibə etməliyik, torpaqlarımızı azad etməliyik. 25 ildir, xeyli şəhid vermişik. Niyə belə olmalıdır?! ATƏT-in Minsk Qrupunun addımını gözləməli deyilik. Ermənilər bizim evimizə girib. Hər dəfə ölməkdənsə, birdəfəlik ölmək lazımdır. Hər dəfə şəhid xəbəri gələndə elə bilirəm, balalarım ölür. Nə vaxta qədər dözməliyik? Onlar müsəlmanların düşmənləridirlər. Niyə icazə almalıyıq ki?”

Milli Məclisin vitse-spikeri Bahar Muradova isə deyib ki, müharibə ilə bağlı qərar vermək Ali Baş Komandan İlham Əliyevin səlahiyyətindədir:

“Azərbaycan Prezidenti İlham Əliyev sülh danışıqları aparmaqla yanaşı, müharibəyə də hazırlaşır. Zeynəb Xanlarova Ermənistan-Azərbaycan Sülh Platformasına üzv olub. Düşünürəm ki, Zeynəb xanım sülh çərçivəsindən çıxış edərək bu cür deyir. Bu məsələdə bədgüman olmamalıyıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR