"Azərikimya" İB-də Xocalı soyqırımı anılıb

"Azərikimya" İB-də Xocalı soyqırımı anılıb
19:42 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ "Azərikimya" İstehsalat Birliyinin akt zalında Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.
Birlikdən "Report"a verilən məlumata görə, "Azərikimya"-nin İdarəetmə aparatının, Etilen-polietilen zavodunun, Təmir-tikinti İdarəsinin, həmçinin Karbamid zavodunun və “Sumqayıt” Peşəkar Futbol Klubunun əməkdaşlarının iştirak etdiyi tədbirdə öncə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
1992-ci il il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri soyqırım haqqında iştirakçılara geniş məlumat verilən tədbirdə Ümummilli lider Heydər Əliyevin "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır, bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" sözlərini bu faciəyə verinən ən yüksək qiymət kimi dəyərləndirən natiqlər vurğulayıblar ki, 1 mart 1994-cü ildə Ulu öndər Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalayıb, Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı günü" elan olunub.
Bildirilib ki, bu soyqırım aktının üstündən 25 il keçməsinə, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmayıb, “Xocalıya ədalət” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsində dünyanın bir sıra ölkələrində bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilsə də, bu hərbi cinayət beynəlxalq miqyasda hələ ki, öz hüquqi qiymətini almayıb.
Anım mərasimində Xocalı faciəsini bütün təfərrüatı ilə özündə əks etdirən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük əhəmiyyətə və geniş təsir gücünə malik “Xoca” filmi nümayiş olunub.
Qeyd edək ki, bir gün öncə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimləri "Azərikimya" İB-nin Etilen-polietilen zavodunda və Təmir-tikinti İdarəsində də keçirilmişdir. Bu tədbirlərdə “Xocalı soyqırımını unutmayaq” adlı sənədli film təqdim olunub, 10 saylı orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya, Xocalı faciəsi ilə bağlı ifa etdikləri şeirlər tədbir iştirakçılarına kədərli və hüznlü dəqiqələr yaşatmaqla bərabər, gec-tez həqiqətin zəfər çalacağı və haqq-ədalətin öz yerini tutacağı inamını da aşılayıb.













Xəbərin orijinal ünvanı: https://report.az/senaye/azerikimya-i-b-de-xocali-soyqirimi-anilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR