Azərbaycanda "011"ə o qədər yük vurdular ki – İkiqat oldu (VİDEO)

Gördüyünüz 20-DL-923 dövlət qeydiyyat nişanlı «VAZ 21011» markalı avtomobilin sürücüsü yükdaşıma qaydalarını kobud şəkildə pozaraq təhlükəli hərəkətlər edib.

Görüntülər sosial şəbəkələrdə yayılıb. Bəziləri buna gülmək üçün baxıb keçsə də, əslində, bu cür hərəkət olduqca təhlükəlidir. Belə ki, sürücü avtomobilin yük daşıma üçün nəzərdə tutulmayan yerlərinə yük vuraraq icazə verilən kütləni də pozub. Videodan aydın olur ki, avtomobil icazə verilən kütləsindən artıq yükləndiyinə görə deformasiyaya uğrayaraq qapıları bağlanmaz hala düşüb, ortası isə çöküb.

Bü cür avtomobili idarə etmək həm sürücüyə həm də digər hərəkət iştirakçılarına böyük təhlükədir. Bu avtomobil istismara yararsız olduğuna görə yol hərəkətindən kənarlaşdırılmalıdır. (Avtosfer.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR