“Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Bakı Ali Neft Məktəbində olub - FOTO

“Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Bakı Ali Neft Məktəbində olub - FOTO
10:07 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 10:05 ]


Bakı - APA. Fransanın “Total”  şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş icraçı direktoru və Azərbaycan üzrə təmsilçisi Denis Lemarşal Bakı Ali Neft Məktəbində (BANM) olub.

 

Məktəbdən APA-ya verilən məlumata görə, rektor Elmar Qasımov qonağı salamlayaraq,  rəhbərlik etdiyi ali təhsil ocağı haqda məlumat verib, BANM-nin Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə yaradıldığını bildirib.

 

E.Qasımov Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində açılan bu ali məktəbin yarandığı qısa zaman ərzində dünya şöhrətli, bir çox tanınmış neft-qaz şirkətləri ilə əməkdaşlığa imza atdığını qonağın diqqətinə çatdırıb. Deyib ki, bu il ali məktəbə qəbul olan abituriyentlərdən 17 nəfəri Prezident təqaüdçüsü adını qazanıblar. O, BANM-nin Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətləri, həmçinin ARDNŞ üçün kadr hazırlığı həyata keçirdiyini və tələbələrin bu şirkətlərdə mütəmadi olaraq təcrübə keçdiklərini, “Total” şirkətinin BANM-nin ilk əməkdaşlıq etdiyi şirkətlərdən birincisi olduğunu bildirib. Rektor qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayıb, Denis Lemarşalı və şirkətin əməkdaşlarını BANM tələbələri üçün mühazirə-seminarlar keçirməyə dəvət edib və bunun tələbələr üçün faydalı olacağını bildirib.

 

Öz növbəsində “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru və təmsilçisi Denis Lemarşal BANM-də olmaqdan məmnunluq ifadə edib. O, Fransa ilə Azərbaycan arasında əlaqələrdən, əməkdaşlığın davam və inkişaf etdirilməsinin vacibliyindən söz açıb. Denis Lemarşal BANM tələbələri üçün təmsil etdiyi şirkətin ixtisaslı kadrları tərəfindən mühazirələrin təşkilinin mümkünlüyünü bildirib.

 

Xatırladaq ki, BANM və Fransanın “Total” şirkəti arasında 10 aprel 2013-cü ildə Əməkdaşlıq Protokolu imzalanıb. Sənəddə BANM və Fransanın  neft-qaz və kimya yönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, Fransada doktorantura təhsilinin təşkili, tələbələrin bir qisminin “Total” şirkətinin baş ofisində təcrübə keçməsinin təmin edilməsi, “Professionallar Assosiasiyası”nın üzvlərinin BANM-nin tələbələri üçün mühazirələr oxumasının təmin olunması, BANM tələbələrinin Fransanın elm və tədris müəssisələrinin kitabxana-informasiya resurslarından istifadə etməsi nəzərdə tutulur. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR