Azərbaycanlı futbolçu Avroliqada həftənin ən yaxşısı oldu

Azərbaycanlı futbolçu Avroliqada həftənin ən yaxşısı oldu
20:38 24 Fevral 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Avroliqada həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

Publika.az xəbər verir ki, “Olimpiakos”un hücumçusu Kərim Ansarifərd 1/16 final mərhələsinin ən yaxşısı seçilib.

O, UEFA-nın saytında keçirilən sorğunun nəticəsinə əsasən, azarkeşlərin ən çox etimadını qazanan futbolçu olub. Səfərdə “Osmanlıspor”la qarşılaşan pireylilərin 3:0 hesablı qələbəsində mühüm rol oynayan Ansarifərd iki qola imza atıb.

Qeyd edək ki, İran millisinin Azərbaycan əsilli hücumçusu Ərdəbil şəhərində anadan olub. Təbrizin “Traktorsazi” klubundakı çıxışı ilə tanınan Kərim daha sonra İspaniyada “Osasuna” və Yunanıstanda “Panionis”in formalarını geyinib. O, 2017-ci ildə keçdiyi “Olimpiakos”un heyətində 3 oyunda 3 qol vurub. (apasport.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/189206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR