Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində maarifləndirici tədbir keçirilib

Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində maarifləndirici tədbir keçirilib
20:47 24 Fevral 2017
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidməti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə Penitensiar Xidmətin 9 və 17 saylı cəzaçəkmə müəssisələrində maarifləndirici tədbir keçirib.
Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi Elvüsal Məmmədov və Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə ölkədəki tolerantlıq ənənələri və multikultural dəyərlər barədə məlumat verib. Ölkədəki dini durumla bağlı fikirlərini bölüşüb.
AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi Elvüsal Məmmədov dini radikalizmin yaranmasının səbəbləri və təzahür formaları barədə məlumat verib. Radikalizmə qarşı mübarizə metodologiyası ilə bağlı mülahizələrini diqqətə çatdırıb.
Mövzu ətrafında müzakirələr aparılıb, məhkumların çoxsaylı sualları cavablandırılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/din/penitensiar-xidmetin-cezacekme-muessiselerinde-maariflendirici-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR