"Əlimdən dəri kəsib topuğuma köçürdülər"

"Əlimdən dəri kəsib topuğuma köçürdülər"
21:17 24 Fevral 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın yarımmüdafiəçisi Santi Kazorla bu mövsüm bir daha meydana çıxmayacaq. İspaniyalı futbolçu topuq nahiyəsindən ciddi əməliyyat keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kazorla bu barədə ölkəsinin mətbuatına danışıb.

"Tikişin yeri sağalmadığı üçün yenidən əməliyyat olundum. Ciddi bir şey yoxdur, amma bir müddət xəstəxanada qalmalı olacam. Yanvarda topuğumun ətrafına yeni dəri köçürldü. Ordakı dəri, demək olar ki, ölü idi. İsveçrədəki birinci əməliyyatdan sonra zədəm buna görə tam sağalmamışdı. Hər şey yaxşı gedirdi. Velotrenajorda məşq edəndə tikiş söküldü. Ümid edirəm, sonuncu dəfə əməliyyat keçirdim. Ən pisi odur ki, yaranın sağalması mənim iradəmdən asılı deyil. Əlimdən ora köçürülən dərinin necə inkişaf edəcəyini gözləmək lazımdır. 2 həftə ərzində bunu izləyəcəm. Yara sağalmalı, tikiş itməlidir. Ən böyük problemim budur. Optimist olub bununla barışmaq lazımdır. Qoltuq ağacı ilə gəzməyimə icazə verirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/520966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR