Azərbaycanlı futbolçu Avroliqada həftənin ən yaxşısı seçildi

Avropanın ikinci ən nüfuzlu futbol turniri hesab olunan Avroliqada 1/16 final mərhələsinə yekun vuruldu.

Metbuat.az-ın məlumatına görə, artıq həftənin ən yaxşı oyunçusunun kimliyinə də aydınlıq gəlib. UEFA-nın saytında keçirilən səsvermənin nəticələrinə əsasən, "Olimpiakos"un hücumçusu Kərim Ansarifərd hamını qabaqlayaraq qalib adına layiq görülüb.

Azərbaycan əsilli Kərim Ərdəbil şəhərində dünyaya gəlib. 26 yaşlı futbolçu Təbriz "Traktor Sazi"sindəki uğurlu çıxışının ardından İspaniyanın "Osasuna" klubuna transfer olunmuşdu.

Qeyd edək ki, Kərim Ansarifərdin formasını geyindiyi "Olimpiakos" UEFA Avropa Liqasının 1/8 finalında Türkiyənin "Beşiktaş" klubu ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR