Avstraliyada dünyanın ən zəhərli hörmüçəyinin dişlədiyi uşaq sağ qalıb

Avstraliyada dünyanın ən zəhərli hörmüçəyinin dişlədiyi uşaq sağ qalıb
21:52 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Avstraliyada həkimlər dünyada ən zəhərli hesab edilən qıfşəkilli Sidney hörmüçəyinin dişlədiyi uşağın həyatını xilas edə biliblər.
"Report" BBC-yə istinadən xəbər verir ki, insident ölkənin cənub-şərqində yerləşən Berkli Veyl şəhərciyində baş verib.
On yaşlı Metyu Mitçel anbarda atasına səliqə-sahman yaratmaqda kömək edən zaman qəflətən barmağında ağrı hiss edib. Uşaq qısa vaxt ərzində qıc olmağa başlayıb və ağzından köpük gəlib.
Atası dərhal Metyunu xəstəxanaya çatdırıb və orada ona zəhər əleyhinə 12 iynə vurulub.
Hadisə yerindən tapılan hörmüçək zəhəri çıxarılması üçün Avstraliyanın sürünənlər parkına aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/avstraliyada-dunyanin-en-zeherli-hormuceyinin-dislediyi-usaq-sag-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR