Hər səhər limonlu-ballı su için... - İNANILMAZ NƏTİCƏ

Hər səhər limonlu-ballı su için... - İNANILMAZ NƏTİCƏ
22:17 24 Fevral 2017
875 Ölkə
Ölkə mətbuatı
A- A+

1 il hər səhər limonlu-ballı su içdiyini açıqlayan avstriyalı yazıçı Crystal Davis sonradan bu barədə məqalə yazaraq sehrli içkinin təsirlərindən bəhs edib.

Milli.Az lent.az-a istinadən məşhur yazıçının limonlu-ballı içkinin faydaları haqda fikirləri ilə sizi də tanış edir.

O, bildirib ki, bir neçə il əvvəl qrip olanda ballı və limonlu içkilər alıb içib, ancaq heç bir faydasını görməyib. Bunun əvəzinə evdə təzə sıxılmış limon suyu ilə balı qarışdırıb içib. Bu dəfə o, öz hazırladığı təbii içkinin təsirini görüb: "12 ay boyunca hər səhər bu qarışımı hazırlayıb içdim. Həyatım tamamilə dəyişdi. Bütün il ərzində qrip, soyuqdəymə və ya hər hansı başqa bir xəstəliyə yoluxmadım. Təbii ki, ilk günlərdə bəzən burnum axırdı, başım ağrıyırdı, lakin bir müddət sonra bu simptomların heç birinə rast gəlmədim. Böyük ailəm var. Bəzən ətrafımdakı hər kəsin soyuqdəyməyə tutulduğunu görürəm. Buna baxmayaraq, qrip mənə keçmir".
 
C. Davis səhərlər oyanmaq üçün qəhvəyə ehtiyacı olmadığını da əlavə edib. Limon və balın qazandırdığı enerji ona gün boyu yetir: "Qəhvəyə vərdiş edən insan onu bir gün içməyəndə baş ağrıyır. Lakin limonlu-ballı suyun verdiyi enerjiylə səhərlər daha gümrah  oluram. Əvvəllər yuxudan oyandıqdan sonra ən az 1 saata özümə gəlirdim. Artıq ailə üzvlərim də limonlu-ballı suya vərdiş ediblər. Bunun sayəsində ətrafımdakılar də daha sağlamdır".
 
Limonlu-ballı içkinin hazırlanma qaydası:
 
Yarım təzə limonun suyuna bir çay qaşığı təbii bal əlavə edin. Qaynatdığınız bir fincan su azca soyuyanda bu qarışımı əlavə edin. Hər səhər ac qarına için.
 
İnfeksiyalardan qoruyur
 
Səhər yuxudan oyanan kimi bu qarışımı içmək həzm sisteminə təsir edir və bağırsaqlara lazım olan maye ehtiyacını qarşılayır. Beləcə, qəbizliyin qarşısını alır. Eyni zamanda, sidikqovucu təsiri sayəsində sidik yollarını təmizləyərək, infeksiyaların qarşısını alır.
 
Həzmi yaxşılaşdırır
 
Limon qaraciyərin aktiv fəaliyyətini təmin edir və yeməklərin daha asan yandırılmasını şərait yaradır. Yeməklərdəki qidalandırıcı maddələr daha asan həzm sisteminə qarışar. Eyni zamanda, bal antibakterial xüsusiyyəti sayəsində infeksiyalara qarşı qoruyucudur. Bununla yanaşı, toksinlərin daha asan atılmasını və çəki tarazlığının qorunmasını təmin edir.
 
Dəri sağlamlığını təmin edir
 
Dəriyə bir çox faydası olan limon qanı təmizləyərək, yeni qan hüceyrələrinin istehsal edilməsinə kömək olur. Su və bal da dəri üçün qoruyucudur, antibakterial və kollagen artırıcı təsirə malikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/520812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR