İraq Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb

İraq Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb
22:52 24 Fevral 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ İraq Suriya ərazisində İŞİD terror təşkilatına qarşı ilk aviasiya reydlərinə başlayıb.
"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, İŞİD-ə ilk aviazərbələr Suriya-İraq sərhədi yaxınlığında endirilib.
İraq ordusundan bəyan ediblər ki, reydlər ekstremistlərin bu yaxınlarda Bağdadda törətdikləri terror aktlarına cavab olaraq həyata keçirilib.
"Biz uşaq və vətəndaşlarımızı qətlə yetirən terrorçuları harada olurlarsa-olsunlar, izləməyə çalışırıq", - deyə İraqın baş naziri Heydər əl-Abadi bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raq-suriyada-i-si-d-e-qarsi-herbi-emeliyyatlara-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR