Argentinada iki sərnişin avtobusu toqquşub, çox sayda ölən və yaralanan var

Argentinada iki sərnişin avtobusu toqquşub, çox sayda ölən və yaralanan var
23:12 24 Fevral 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Argentinanın mərkəzi bölgəsində ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Santa-Fe əyalətində iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 10 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
 
İlkin məlumata əsasən, hadisəyə avtobuslardan birinin idarəetməni itirərək qarşı zolağa çıxması səbəb olub.
 
Ötən həftə Argentinada sərnişin avtobusun iştirakı ilə qeydə alınan yol qəzasında 19 nəfər ölmüş, 20-si yaralanmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR