İşdən qovulan baş məşqçi: “Bütün ümidlərim öldü”

İşdən qovulan baş məşqçi: “Bütün ümidlərim öldü”
23:14 24 Fevral 2017
109 Digər
Ölkə mətbuatı
A- A+

“Lester”in keçmiş baş məşqçisi Kaludio Ranyeri işdən azad edildikdən sonra ilk açıqlamasını verib.

 

Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı bu qərardan çox məyus olduğunu bildirib.

 

“Dünən mənim bütün ümidlərim öldü. Keçənilki möhtəşəm çempionluqdan sonra həmişəlik çox sevdiyim “Lester”də qalacağımı ümid edirdim. Ancaq bu, olmadı.

 

Xanımım Rozannaya və bütün ailəmə mənə verdikləri möhtəşəm dəstəyə görə, çox minnətdaram. Bundan əlavə “Lester”ə, klub rəhbərliyinə minnətdaram ki, bu cür macəranı birlikdə yaşadıq.

 

Bu, heç vaxt unutmayacağım bir möcüzə və xoşbəxtlik idi. Sizinlə çempion olmaq mənim üçün şərəfdir”.

 

Qeyd edək ki, 2015-ci ildən “tülkülər”ə başçılıq edən Ranyeri ötən mövsüm kluba 133 illik tarixi ərzində ilk dəfə Premyer Liqa çempionluğunu qazandırmışdı.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268484

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR