Futbolçudan intim təklifini qəbul etməyən qıza qarşı vəhşilik - VİDEO

Futbolçudan intim təklifini qəbul etməyən qıza qarşı vəhşilik -   VİDEO
00:07 25 Fevral 2017
178 İdman
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Oklahama futbol komandasının oyunçusu Joe Mixon tanımadığı qadına intim münasibət təklif etdiyi üçün cəzalandırılıb. 


Futbolçu etdiyi qeyri-etik hərəkətə görə, 1 il müddətində komandadan uzaqlaşdırılıb.  


Hadisə 2014-cü ildə ABŞ-dakı restoranlardan birində baş verib. Videoda futbolçunun təklifini qəbul etməyən Amelio Molitor adlı qadının döyüldüyü görülür. 


Video hadisənin baş verdiyi restoranda təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Qadın bir neçə gün əvvəl polisə  verdiyi ifadəsində hadisənin bütün detallarını danışıb. 


Hadisə Molitor 3 dostu ilə birlikdə yemək yeyərkən baş verib. «Ad günü hədiyyəsi olaraq bizə intim münasibət təklif etdi. Biz onun təklifini rədd etdik. Mixonun bizi təhqir etməsinə dözmədim və onun üstünə hücum etdim. Həmin an o, mənə  yumruq atdı». 


Yumruq zərbəsindən yerə yıxılan qadının çənəsi sınıb. Ona görə də qadın uzun müddət yemək yeməkdə çətinlik çəkib.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbolcudan-intim-tklifini-qbul-etmyn-qza-qar-vhilik-t56518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR