"Real"ın Hazard israrı bitmir

"Real"ın Hazard israrı bitmir
00:17 25 Fevral 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

"Real" Eden Hazarddan əl çəkmir. Fanat.Az goal.com-a istinadən xəbər verir ki, "Kral Klubu" "Çelsi" rəhbərliyi ilə danışıqları davam etdirir.

Məlumatda bildirilir ki, "Real" rəsmiləri transferi bitirmək üçün bütün yollara baş vurur. London klubuna təklif olunan transfer haqqı açıqlanmasa da, ispanların məbləği artırdığı deyilir. Xüsusən prezident Florentino Peresin bu transferdə israr etdiyi bildirilir.

Qeyd edək ki, "Çelsi" Hazardı 2012-ci ildə "Lill"dən 35 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 70 milyon avro qiymət qoyub.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquotn-hazard-israr-bitmir-t56519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR