İlhamə Quliyevanın il mərasimində MİRAS SÖHBƏTİ: "Etiraz edirəm" - VİDEO

Mərhum xalq artisti İlhamə Quliyevanın bu gün keçirilən il mərasimi söz-söhbətsiz ötüşməyib.

İ.Quliyevanın mərasimə qatılan keçmiş köməkçisi və rəfiqəsi Yeganə Şıxəliyeva Lent.az-a açıqlama verərək bildirib ki, xalq artistinin mirasının bacılarına qalmasına etiraz edir:

“Mən İlhamə Quliyevanın dostu olmuşam, Beynəlxalq Qadınlar Şurasında işləmişəm. Özüm də həkim, reanimotoloqam. 1985-ci ildən etibarən onun yanında çalışmışam. İlhamə xanımın hər zaman hüquqi sənəd işlərini mən həyata keçirmişəm. Düşünürəm ki, miras Orxana qalmalıdı. Ona görə ki, İlhamə Quliyevanın sağlığında bacıları yanında olmayıb. İlhamə Quliyevaya aid nə varsa, Orxanın olmalıdır. Bunun üçün bir qərar qəbul edilməlidir. Miras bacılarına qalsa, İlhamə xanım o dünyada rahat yatmayacaq. Ona görə ki, o hər zaman deyirdi ki, oğlum Orxandır. Deyirlər ki, bəs niyə vəsiyyətnamə yazmayıb? Çünki bilmirdi, belə tez öləcək. Bir sözlə, mirasın bacılarına qalmasına etiraz edirəm. Çünki o bacılar onun yanında olmayıblar. Tükəzban xanım da dünyasını dəyişəndə bir tək bacısı İradə gəlmişdi. Allah var, hər bir iş halallıqla olmalıdır".

Qeyd edək ki, İ.Quliyevanın mirası bacılarına qaldığı bildirilir.


Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR