Azərbaycanlı mütəxəssis İsrailin "Makkabi" voleybol klubuna baş məşqçi təyin olunub

Azərbaycanlı mütəxəssis İsrailin "Makkabi" voleybol klubuna baş məşqçi təyin olunub
01:32 25 Fevral 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandasının baş məşqçisi Aleksandr Çervyakov hazırda İsrail çempionu olan Hayfanın "Makkabi" klubuna rəhbərlik edəcək.
"Report" xəbər verir ki, bu barədə İsrailin voleybol liqasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 59 yaşlı azərbaycanlı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Çervyakov karyerasında ilk dəfə olaraq Azərbaycandan kənarda fəaliyyət göstərəcək. O bundan əvvəl iki Bakı klubuna - "Azərreyl" və "Azəryol"a, 2013-cü ildə isə Azərbaycan yığmasına rəhbərlik edib.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycanli-mutexessis-i-srailin-makkabi-klubuna-bas-mesqci-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR