ABŞ prezidenti ölkənin hərbi gücünü artırmağı planlaşdırır

ABŞ prezidenti ölkənin hərbi gücünü artırmağı planlaşdırır
03:57 25 Fevral 2017
140 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin hərbi qüdrətinin artırılması üçün büdcə tələb etməyi planlaşdırır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, o bunu Vaşinqton yaxınlığında mühafizəkarlar forumunda çıxışı zamanı bildirib.
Plana qoşunun həm hücum, həm də müdafiə potensialının müasirləşdirilməsi daxildir.
O qeyd edib ki, bu, Amerika tarixində ən böyük hərbi güc artımlarından biri olacaq.
"Və ümid edirəm ki, bizə heç vaxt ondan istifadə etmək lazım gəlməyəcək və heç kim bizə qarşı çıxmaq fikrinə düşməyəcək. Heç kim", - deyə Tramp bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-prezidenti-olkenin-herbi-gucunu-artirmagi-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR