Fransa Liqa 1-də 27-ci tura start verilib.
Komanda.az xəbər verir ki, turun ilk oyununda “Nant” “Dijon”u 3:1 hesabıyla məğlub edib.
Liderlər qrupunda qərarlaşmış "Nitsa" isə "Monpelye" ilə ev oyununda 0:1 hesabıyla geri düşsə də, sonda qalib gəlməyi bacarıb - 2:1.
Lider “Monako” sabah “Genqam”ın qonağı olacaq.
Bazar günü isə “Marsel” PSJ-ni qəbul edəcək.
Fransa Liqa 1, 27-ci tur
24 fevral
Nant - Dijon 3:1
Qol: Bammu, 3. Sala, 59-pen. Pardo, 79 - Duboys, 37-avtoqol.
Qırmızı vərəqə: Dioni, 85 (Dijon).
Nitsa - Monpelye 2:1
Qol: Le Bian, 68; 85 - Munye, 9.
25 fevral
20:00 Genqam - Monako
23:00 Anje - Bastiya
23:00 Nansi - Tuluza
23:00 Lill - Bordo
23:00 Renn - Loryan
26 fevral
18:00 Sent-Etyen - Kan
20:00 Lion - Mets
00:00 Marsel - PSJ
Bombardirlər: Kavani (PSJ) - 25, Lakazet (Lion) - 21.