Peruda ağır yol qəzası: 19 ölü

Peruda ağır yol qəzası: 19 ölü
08:05 25 Fevral 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Perunun şimal-qərbində baş vermiş ağır yol qəzası azı 19 nəfərin həyatına son qoyub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza yük avtomobilinin motosiklet və mikroavtobusla toqquşması nəticəsində baş verib.

Yanğınsöndürən xidmətindən bildirilib ki, yük maşını yüksən sürətlərə hərəkət etdiyinə görə qəzadan sonra partlayış baş verib. Ölənlərin cəsədləri yanmış vəziyyətdə aşkar olunub.

Hadisədən sonra, ölənlərin kimliyini müəyyən etmək məqsədilə, cəsədlər yaxınlıqdakı Truxilyo şəhərinin xəstəxanasına aparılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR