İnstagramda yeni funksiya

İnstagramda yeni funksiya
08:17 25 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Instagram" istifadəçiləri tezliklə çoxdan gözlənilən funksiyasını əldə edəcəklər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bundan sonra onlar bir postda ona qədər şəkil və video yükləyə biləcəklər. Bu barədə xidmətin rəsmi bloqunda bildirilir.
 
Funksiya özünün sadəliyi ilə öyünə bilər. Onlarla şəkil və video çarx yükləmək üçün, sadəcə, dərclər bölməsinə daxil olmaq və xüsusi düyməyə sıxmaq lazımdır. Bundan sonra materialların hər birini ayrı-ayrılıqda redaktə etmək və ya bütün şəkil və videolar üçün yeganə filtr yükləmək mümkündür. Şəkillərin sıralanması onların üzərinə sıxılma sırası ilə davam edir.
 
Modernləşdirilmiş postlar lentdə aşağısında mavi nöqtə ilə işarələnəcək. Dərclərə baxmaq üçün onların üzərində barmaqla hərəkət etmək lazımdır.
 
Şirkət bildirir ki, yeni funksiya martın əvvəlindən bütün istifadəçilərin istifadəsinə veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/520498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR