iOS 10 “Apple” cihazlarının 79 faizində quraşdırılıb

iOS 10 “Apple” cihazlarının 79 faizində quraşdırılıb
08:27 25 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bu günlərdə "Apple" şirkəti yeni hesabatını açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hesabata əsasən iOS 10 əməliyyat sistemi təxminən 79 faiz uyğun cihazlarda quraşdırılıb. Yeni versiya 5 ay əvvəl fəaliyyətə başlayıb və artıq quraşdırılma sayına görə rekord qeydə alınıb.

Analitiklərin məlumatına əsasən, iOS 10 əməliyyat sistemi ümumən 79 faiz "Apple" cihazlarında quraşdırılıb. Digər istifadəçilər isə əməliyyat sisteminin köhnəlmiş versiyalarından istifadə edirlər. Təxminən elə bu cür göstəricilər bir zaman populyar olan iOS 9 əməliyyat sistemi zamanı olub.

Mütəxəssislər əsas diqqəti ona vurğulayıblar ki, yeni versiya olduqca stabildir və istifadədə təhlükəsizlik baxımından yüksək göstəricilər nümayiş etdirir. iOS 10 özündən əvvəlkilərindən daha tez genişlənib.

İlkin məlumatlara görə, belə bir populyarlıq onunla bağlıdır ki, ötən yarım il ərzində "iPhone 7" smartfonu "Apple" brendləri arasında ən populyar smartfon olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/520499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR