“Facebook” “Zvezda”n blok etdi

“Facebook” “Zvezda”n blok etdi
08:47 25 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Facebook" administrasiyası Rusiya Müdafiə Nazirliyinin "Zvezda" telekanalının sosial şəbəkədəki rəsmi səhifəsini blok edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, səbəb səhifədə Ukraynanın separatçı Donbas bölgəsində fəaliyyət göstərən "Somali" batalyonunun komandiri olmuş Givi ləqəbli Mixail Tolstıx haqda yazı yerləşdirilməsidir.
 
"Facebook"dan bildiriblər ki, bu yazı sosial şəbəkənin normalarına ziddir. "Instagram"da bu məqaləyə qoyulan istinad da silinib.   
 
"Zvezda"nın rəhbərliyi məsələ ilə bağlı "Facebook"la əlaqə yaratmağa çalışır.
 
Qeyd edək ki, Ukraynanın terrorçu saydığı M.Tolstıx fevralın 8-də "Somali" batalyonunun Donetsk şəhəri yaxınlığında yerləşən bazasında öldürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/520501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR