Arizonada pilotsuz taksi işə başladı

Arizonada pilotsuz taksi işə başladı
08:57 25 Fevral 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Arizona ştatının Tempe şəhərinin sakinləri "Uber" xidmətinin pilotsuz taksisinin işini sınaqdan keçirməyə başlayıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq məlumatı Qərbin ixtisaslaşmış kütləvi informasiya vasitələrində dərc edilib.

Açıqlanan məlumatlara əsasən, pilotsuz texnologiya hazırda sınaq mərhələsindədir, yol boyu müştəriləri onların təhlükəsizliyinə cavabdeh olan "Uber"in iki mühəndisi müşayiət edir. Təhlükəli vəziyyət yarandığı halda? şirkət əməkdaşları avtomobilin idarəetməsini öz üzərl'rinə götürəcəklər.

Ən yaxın zamanlarda "Uber" pilotsuz taksiləri Arizonanın digər şəhərlərində də mövcud olacaq. Söz düşmüşkən, bu cür miqyaslı sınaqlar ştatın qubernatoru Daq Dyuqsinin razılığı əsasında həyata keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR