Əfsanəvi futbolçu Pelenin oğlu Braziliya polisinə təslim olub. Edson Şolbi Nasimentu 12 il 10 aylıq həbs cəzasını çəkmək üçün bu addımı atıb.


2014-cü ildə Braziliya məhkəməsi Pelenin oğlunu 33 illik həbsə məhkum edib. Edinyo narkotik maddə ticarətindən əldə edilən pulları yuduğu üçün qanun qarşısında cavab vermişdi. Amma Edinyo apellyasiya məhkəməsinə müraciət etdiyi üçün azadlıqda qalmışdı.


Həftənin cümə axşamı apellyasiya məhkəməsi ittiham aktını təsdiqləsə də, cəza müddətini yüngülləşdirib. Edinyo 12 il 10 aylıq həbs cəzasına məhkum edilib.


46 yaşlı Edinyo dünən axşam saatlarında Santos şəhərinin polis məntəqələrindən birinə gedərək təslim olub. Amma o, çirkli pulların yuyulmasında iştirak etmədiyini, böhtan və şərlə üzləşdiyini də qeyd edib.


Fanat.Az