Türkiyədə ölüm hökmü bərpa olunur - Ərdoğan anons verdi

Türkiyədə ölüm hökmü bərpa olunur - Ərdoğan anons verdi
09:47 25 Fevral 2017
174 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə parlamenti ölüm hökmünün bərpa olunmasına dair qanun layihəsini qəbul etməzsə, ölkədə referendum keçirilə bilər.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, parlament təsdiqləyərsə, ölüm hökmünün geri qaytarılmasını təqdir edər: "Belə dəyişikliklər konstitusiyaya düzəlişlər tələb edir. Biz bu məsələ ilə bağlı referendumun keçirilməsinə təşəbbüs göstərə bilərik, əgər bu, parlament tərəfindən qəbul edilməzsə. Xalq ölüm hökmünün geri qaytarılmasına səs verərsə, o zaman məsələ bağlanacaq".

Qeyd edək ki, Türkiyədə son ölüm hökmü 1984-cü ildə icra olunub. 2004-cü ilin mayında Avropa İttifaqına daxil olmaq üçün standartlara uyğunlaşmaq məqsədi ilə bu hökm ləğv olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR