Ançelottinin 1000-ci matçı

Ançelottinin 1000-ci matçı
09:47 25 Fevral 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Görüş şənbə günü Münhenin Alyans arena stadionunda keçiriləcək.

Almaniyanın "Bavariya" klubunun italiyalı baş məşqçisi üçün Bundesliqanın 22-ci turunda "Hamburq"la keçiriləcək görüş məşqçilik karyerası ərzində sayca 1000-ci rəsmi matç olacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə münhenlilərin saytı məlumat yayıb.

Ançelotti "Bavariya" ilə yanaşı İtaliyanın "Recina", "Parma", "Yuventus" və "Milan", Londonun "Çelsi", Fransanın PSJ və Madridin "Real" klublarına rəhbərlik edib.

"Bavariya" - "Hamburq" görüşü fevralın 25-də Münhenin "Alyans arena" stadionunda keçiriləcək. Hazırda italiyalı mütəxəssisin klubu 21 oyundan sonra 50 xal ilə Bundesliqaya liderlik edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR