Daşkənddə “Daşnaklar Fərqanədən Qarabağadək” sənədli filminin təqdimatı keçirilib

Daşkənddə “Daşnaklar Fərqanədən Qarabağadək” sənədli filminin təqdimatı keçirilib
10:17 25 Fevral 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ Özbəkistan paytaxtı Daşkənddə Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. 
Azərbaycanın Özbəkistandakı səfirliyi yanındakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəl mərkəzin foyesində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilən stendə baxıb, kitab sərgisi ilə tanış olub.
Gənclər stendin qarşısında “Xocalıya ədalət” kompaniyası ilə bağlı dünya dövlətlərinə çağırış ediblər.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı soyqırımının yaranma səbəbləri haqqında ətraflı məlumat verib.
Daha sonnra tanınmış özbək şairi Tura Mirzə, alim Almaz Məcidova, professor Gülbahar Aşurova, müğənni Xursənd Şerov və başqaları Xocalı soyqırımı, erməni təcavüzü barədə fikirlərini bölüşüblər. Bildirilib ki, Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir.
Sonra "Daşnaklar Fərqanədən Qarabağadək" sənədli film iştirakçılara təqdim olunub.
Sənədli filmdə ötən əsrin 18-20-ci illərində Türküstanda yaradılan muxtariyyət və bu muxtariyyətin ləğv edilməsi məqsədi ilə daşnaklar tərəfindən törədilən qanlı qırğınlar barədə məlumat verilir. filmdə 20-ci əsrin sonlarında ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırım, münaqişə tarixində ən qanlı, qeyri-insani terror hadisəsi olan Xocalı faciəsi və bütövlükdə müharibənin dəhşətləri kadrlarda nümayiş olunur.    






Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/daskendde-dasnaklar-ferqaneden-qarabagadek-senedli-filminin-teqdimati-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR