Rəqibimiz darmadağın oldu

Rəqibimiz darmadağın oldu
10:42 25 Fevral 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Macarıstan yoxlama oyunu keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, rəqibimiz Sloveniya millisi ilə üz-üzə gəlib.

Macarıstan futzalçıları bu qarşılaşmada meydana çıxmağa peşman olublar. Belə ki, balkanlılar 5:0 hesablı qələbə qazanıblar.
 
Rəqibimizin darmadağını ilk hissədəki 3 cavabsız qolla başlayıb. Fasilədən sonra isə sloveniyalılar daha iki dəfə fərqlənib.
 
Qeyd edək ki, aprelin 3-12-də keçiriləcək seçmə mərhələdə yığmamız Bosniya və Herseqovina, Macarıstan, Albaniya ilə üz-üzə gələcək. Matçlar Bakıda baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR