"Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanınmasında misilsiz xidmətləri var

"Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanınmasında misilsiz xidmətləri var
10:52 25 Fevral 2017
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanınmasında, ölkənin inkişafında misilsiz xidmətləri var.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov deyib.

Onun sözlərinə görə, Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafındakı rolu danılmazdır: "Mehriban xanım Azərbaycan muğamının inkişafı üçün əlindən gələni edib. O, Azərbaycanın muğam ifaçılarına, sənətkarlarına daim diqqət yetirib. Mehriban xanım daim sənətkarlara, sənət adamlarına yüksək qiymət verib. Azərbaycan mədəniyyətinə Mehriban xanımın verdiyi qiyməti hamı bilir. Mehriban xanım bu vəzifəyə layiqdir. Onu bu münasibətlə təbrik edirəm və inanıram ki, bundan sonrakı fəaliyyətində Mehriban xanım Azərbaycanın inkişafı üçün daha faydalı işlər görəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/521092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR