İnsan öldükdən sonra məzardan niyə səs gəlir - Heç vaxt bilmədiyiniz...

İnsan öldükdən sonra bədəni hansı mərhələlərdən keçir? Öldükdən sonra bədənimizə nə olur?

Metbuat.az sizə bu barədə maraqlı məlumatları təqdim edir:

Adil / Metbuat.az

Öldükdən təxminən 30 dəqiqə sonra bədəndə refleks deyə bir şey qalmır. Dartılan əzələlər geri qayıtmaq iqtidarında olmur, bu səbəbdən ağız və göz qapaqları açıq qalır. Tarazlıq sistemi tamamilə itir, sidik və sperma axıntısı meydana gəlir.

Ölümdən etibarən orta hesablama ilə 10 saat sonra bədən sərt olur. Adrenalin düşkünlüyü baş verən bir anda ölüm reallaşmışsa, bədən həmin anda bərkiməyə başlayır 

.

Ölüm anından sonra cəsəd hər saat orta hesablama ilə 1 dərəcə soyuyur.

.

Artıq çəkililərin daxili orqanları daha gec soyuyur. Uşaqların və zəiflərin bədəni isə daha tez soyuyur.

Ölümün reallaşmasından 24 saat sonra bədən çürüməyə başlayır. Tənəffüsün dayanması bakteriyalar üçün işarə olur və işə başlayırlar.

.

İlk çürüyən organlar isə göz, beyin, mədə bağırsaqlardı. Kök cəsədlərdə çürümə daha tez olduğu halda, körpələrdə və duzlu suda boğulanlarda bu daha gec baş verir. Ən gec çürüyən hissələr isə ürək, öd kisəsi, böyrək və rəhimdir. Rahmin çürüməsi aylarca çəkə bilər.


İlk çürüyən mədə və bağırsaqlarda bakteriyalar sıx çalışdıqları üçün sürətlə qaz ortaya çıxır. Bu qaz qarın bölgəsinin şişməsinə səbəb olur. Dərinin üstü yanıq kimi suluqlanarkən, bədəndə yığılan sulfid üzündən rəng qaraya dönməyə başlayır.

.

Dərinin çəkilməsi və çürümə üzündən dırnaqlar ortaya çıxdığı üçün uzandığını hesab edirik. 


Məzardan gələn səslər çürümə prosesinin bir nəticəsidir. Şişən qarın partlayır və sinə çökür. Bu hadisə məzar üstündən eşidə bilinəcək qədər səsli ola bilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR