İtaliya Senatının iclasında Xocalı soyqırımı ilə bağlı bəyanat səsləndirilib

İtaliya Senatının iclasında Xocalı soyqırımı ilə bağlı bəyanat səsləndirilib
10:57 25 Fevral 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri senator Sercio Divina, habelə senatorlar Mariya Rizzotti və Hans Berqer Xocalı soyqırımın 25-ci ildönümü münasibəti ilə Senatın plenar iclasında çıxış ediblər.
"Report"un xəbərinə görə, senatorlar ermənilərin Xocalıda mülki əhaliyə qarşı törədilən vəhşiliklər, baş vermiş insan itkiləri və qurbanların başına gətirdiyi ağır işgəncələrdən bəhs ediblər.
Parlamentarlar həmçinin Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat veriblər, soyqırımı törədən Ermənistan, bu gün ona rəhbərlik edən və birbaşa Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb ediblər
Onlar İtaliya parlamenti və hökumətini bu faciəyə biganə qalmamağa, gələcəkdə bu cür bəşəriyyət əleyhinə cinayətlərin qarşısını almaq məqsədilə, soyqırımı tanımağa dəvət ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/i-taliya-senatinin-iclasinda-xocali-soyqirimi-ile-bagli-beyanat-seslendirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR