Əti doğru bişirməyin üsulları... - Bunlara diqqət!

Ət bişirərkən etdiyiniz səhvlər onun ləzzətini pozmaqla yanaşı, qida zəhərlənməsinə də səbəb ola bilir.

Metbuat.az Türkiyə mətbuatına istinadən, əti bişirməzdən əvvəl, bişirmə mərhələsində və bişirdikdən sonra diqqət etməli olduğunuz məqamları təqdim edir:

Çiy əti yumayın

Əti yumaq xəstəlik yaradan mikrobların bütün mətbəxə yayılmasına səbəb ola bilir. Əti kağız dəsmalla silin.

Mətbəx alətlərini yuyun

Çiy ətə vurduğunuz mətbəx alətlərini mütləq isti suda yuyun.

Əllərinizi mütləq yuyun

Ətə toxunmazdan əvvəl və toxunduqdan sonra mütləq əllərinizi 20 saniyə ilıq suyla yuyun.

Çiy əti digər məhsullardan uzaq tutun

Əti bişirməyə başlamazdan əvvəl, digər ərzaqlarla eyni yerə qoymayın.

Əti doğru dərəcədə bişirin

Bifteyk, dana əti, qoyun əti və qızartmanı 145 dərəcədə, 160 dərəcədə qiyməni, 165 dərəcədə isə ev heyvanlarını bişirməlisiniz.

Ət bişirərkən bəzi problemlərlə qarşılaşırıq, əgər ət bişərkən tavaya yapışırsa, tavanızı öncədən isidin və çevirməyə tələsməyin. Ətin içinin bişdiyini anlamaq üçün, ət termometri istifadə edin. Ət yaxşı bişmirsə, qalınlığını müəyyənləşdirmək üçün xüsusi mətbəx alətilə döyün.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR