Arif Babayev: "Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi çox sevindirici hadisədir"

"Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezident təyin edilməsi şübbhəsiz incəsənət, xüsusi ilə də muğam sahəsinə öz təsirini edəcək".

Bunu Mətbuat.az-a açıqlamasında tanınmış muğam ustası, xalq artisti Arif Babayev deyib. O qeyd edib ki, bu hadisə sənət dünyası üçün çox sevindirici olub:

“Doğurdan da bizim üçün toy-bayramdır. Cənab prezidentimizin Mehriban xanım Əliyevanı Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin etməsi bütün Azərbaycana sevinc gətirdi. Çox xeyirxah, xalq məhəbbətini qazanmış, insaflı bir insandı. Bütün bunlarla yanaşı, həm də gözəl siyasətçidir. Onun nəsli-kökündə də çox savadlı şəxsiyyətlər olub”.

Xalq artisti Mehriban Əliyevanın muğama olan qayğısından da söz açıb:

“Mehriban Əliyeva həm də muğamımıza diqqət və qayğı göstərən bir şəxsiyyətdir. Bizim muğam sahəmiz onun sayəsində hörmətli olub və bütün dünyada tanınır. Elə prezidentimiz də uzaqgörən siyasətçidir ki, öz silahdaşını, həyat yoldaşını, siyasətdə öz sözünü demiş bir xanımı bu vəzifəyə təyin edib".

Rəvan Nasiroğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR