​Köhnə Bakının köhnə dərdi - Küçələri “bəzəyən” elanlar - FOTOLAR

İllərdir köhnə Bakının köhnə dərdi olan tarixi binalarının üstünü, metro çıxışlarındakı elektrik dirəklərini, dayanacaqların yanındakı kiçik köşkləri, hətta ictimai nəqliyyatda sərnişin oturacaqlarının arxasını “bəzəyən” elan vərəqələrindən danışacağıq.

“Kirayə ev, xanımlar üçün”, “Satıcı qız tələb olunur”, “Təcili ev satılır”, “Ofisant xanım tələb olunur”, “Bakıda 2 sot torpaq satılır” kimi elanlar hər gün qarşılaşdığımız mənzələrdəndir. Həmin elanların şəhərin küçələrində yaratdığı xoşəgəlməz görüntülər bir çoxlarını narah edir.

Qanunla qadağa olunmasına baxmayaraq, əlindəki elanı küçədə haragəldi yapışdıranlar da az deyil.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşunas Asif Abdullayev bildirdi ki, bu halda izibati xəta üzrə icraat başlanılır, reklamın kim tərəfindən yerləşdirilməsi araşdırılır və təqsirkar şəxs müəyyənləşdirilərək məsuliyyətə cəlb olunur:

“Küçə reklamının icazəsiz yerləşdirilməsinə görə cərimələr mövcuddur. Belə ki, fiziki şəxslər 50 manatdan 100 manatadək, vəzifəli şəxslər 150 manatdan 200 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manata qədər cərimə olunurlar”.

Xəyalə Məmmədova

Fotolar: Adil Soltanov / Metbuat.az





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR