"Ağ-qaralar" yubiley arzusunda

"Ağ-qaralar" yubiley arzusunda
12:27 25 Fevral 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

Avrokuboklarda mübarizəni davam etdirən yeganə Türkiyə klubu "Beşiktaş"ın növbəti rəqibi "Olimpiakos" olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının 1/8 final mərhələsi rəqiblər arasında ilk duel olacaq.

Belə ki, bu iki komanda indiyədək avrokuboklarda üz-üzə gəlməyib. Lakin "Beşiktaş" Yunanıstan, "Olimpiakos" isə Türkiyə klubları ilə bir neçə dəfə üz-üzə gəlib.
 
İstanbul klubu 2014-cü ilin payızında "Asteras"la eyni qrupda çıxış edib. Həmin matçlarda qalib müəyyənləşməyib. Hər iki görüşdə qollu heç-heçə qeydə alınıb.
 
1/16  finalda "Osmanlıspor"u mübarizədən kənarlaşdıran "Olimpiakos" isə "Qalatasaray"la da 3 dəfə qarşılaşıb. Bu 5 görüşdə 1 bərabərlik qeydə alınıbsa, tərəflər hərəyə 2 qələbəyə sevinib. Özü də bütün qələbələr quru hesablı olub.
 
Ümumilikdə isə iki ölkə təmsilçiləri avrokuboklarda 21 dəfə görüşüb. 9 dəfə Türkiyə, 5 dəfə Yunanıstan klubları qalib gəlib. 7 oyun heç-heçə bitib. "Ağ-qaralar"ın matçında 10-cu - yubiley qələbəsinin astanasında olan qonşularımız 24 top vurub, 20-ni buraxıb.
 
1995/96, İntertoto kuboku
"Bursaspor" - OFİ - 2:1
2002/03, UEFA kuboku
"Fənərbağça" - "Panatinaikos" - 1:1, 1:4
2003/04, Çempionlar Liqası (qrupda)
"Qalatasaray" - "Olimpiakos" - 1:0, 0:3
2004/05, UEFA kuboku
"Eqaleo" - "Gənclərbnirliyi" - 1:0, 1:1
2006/07, İntertoto kuboku
"Larisa" - "Kayserispor" - 0:0, 0:2
2007/08, UEFA kuboku (qrupda)
"Panionios" - "Qalatasaray" - 0:3
2008/09, UEFA kuboku (qrupda)
"Qalatasaray" - "Olimpiakos" - 1:0
2009/10, Avropa Liqası (qrupda)
"Panatinaikos" - "Qalatasaray" - 1:3, 0:1
2010/11, Avropa Liqası
PAOK - "Fənərbağça" - 1:0, 1:1
2014/15, Avropa Liqası (qrupda)
"Beşiktaş" - "Asteras" - 1:1, 2:2
2015/16, Avropa Liqası
"Atromitos" - "Fənərbağça" - 0:1, 0:3
2016/17, Avropa Liqası
"Osmanlıspor" - "Olimpiakos" - 0:0, 0:3
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/521124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR