​Şirvanda məktəbdə dəhşətli hadisə - 9-cu sinif şagirdi 3-cü sinif şagirdini zorladı

Şirvan rayon 18 saylı orta məktəbdə zorlanma hadisəsi qeydə alınıb.

Metbuat.az-a xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatda qeyd olunur ki, hadisə fevralın 24-də baş verib. 9-cu sinif şagirdi ehtiras artıran dərman içib və 3-cü sinif şagirdini məktəbin tualetində zorlayıb.

Hadisə ilə bağlı Şirvan rayon Təhsil İdarəsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin telefon zənglərimizə cavab verən olmadı.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Metbuat.az-a açıqlamasında, bu haqda məlumatının olmadığını bildirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR