​Metrodan istifadə edənlərin nəzərinə! - Sabah bu stansiya bağlı olacaq

“Sabah (fevralın 26-da) metronun "Xətai" stansiyası saat 12:00-a qədər bağlı olacaq”.

Bu barədə Metbuat.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Bildirilib ki, saat 12:00-dan "Xətai" stansiyasına giriş açıq olacaq. 15:00-dan etibarən "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları normal qrafiklə fəaliyyətini davam etdirəcək.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR