Qənirə Paşayeva: “Soyqırım törədənlərin cavab verməsinə nail olmalıyıq”

Qənirə Paşayeva: “Soyqırım törədənlərin cavab verməsinə nail olmalıyıq”
14:19 25 Fevral 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva Türkiyənin İsparta bölgəsində “Türk dünyasının dünəni, bu günü və sabahı, sorunlarımız və onların həllində birliyin önəmi adlı” adlı konfransda iştirak edib. Lent.az xəbər verir ki, İsparta Türk Ocaklarının təşkil etdiyi konfransda ilk öncə Xocalı soyqırımı qurbanları, Azərbaycan və Türkiyənin şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirin açılışında çıxış edən tədbirin təşkilatçısı İsparta Türk Ocakları başqanı Levent Başyiğit Xocalı Soyqırımı ilə bağlı çıxış edərək gənc nəsillərin tarixi həqiqətləri daha geniş bilməsinin və dünyaya daha geniş yayılmasında fəallıqlarını artırmalarının vacibliyindən danışıb. Şəhidləri rəhmətlə anırıq deyə sözə başlayan millət vəkili Q.Paşayeva Azərbaycan xalqının soyqırıma məruz qaldığını  dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı soyqırımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edildiyini bildirib və Xocalı soyqırımının  bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyib.

 

Tədbirdən sonra millət vəkili Q.Paşayeva İsparta bölgəsininn fəal gəncləri, gənclər və qadın təşkilatları ilə görüşüb və fikir mübadiləsi aparıb.

 

Millət vəkili Q.Paşayeva KİV nümayəndələrinin suallarını da cavablandırıb.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268520

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR