"Petkim" Türkiyənin neft-kimya sektorunda ilk risk menecmenti sertifikatı alıb

"Petkim" Türkiyənin neft-kimya sektorunda ilk risk menecmenti sertifikatı alıb
14:32 25 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ "Petkim Holding" Türk Standartları İnstitutu (TSE) tərəfindən TS İSO:31000 risk menecmenti standartı üzrə qiymətləndirməni müvəffəqiyyətlə tamamlayaraq bu sahədə TSE sertifikatı almaq haqqı qazanıb. 
"Report" "Petkim"in rəsmi saytına istinadən xəbər verir ki, fəaliyyət göstərdiyi neft-kimya sektorunda bir çox sahədə olduğu kimi inteqrasiya olunan idarəçilik sistemi ilə fərqlənən "Petkim" aldığı TSE sənədi ilə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, təhlili və risklərlə əlaqədar tədbirlər sahəsində sistematik bir struktur olduğunu isbat edib. "Petkim" Türkiyədə bu sənədi alan 7-ci şirkət olmaqla yanaşı istehsalçı şirkətlər arasında 4-cü olub.
"Petkim"in baş direktoru Anar Məmmədovun sözlərinə görə, "əməliyyat və maliyyə baxımından yüksək riskli bir sahədə çalışırıq. Risklərin azaldılması və risklərin idarə olunmasını şirkətin istənilən səviyyəsində effektiv şəkildə yaratmağa böyük diqqət ayırırıq. Bunun üçün də risklərin idarə olunmasını bir mədəniyyət halına gətirən işlər görürük".

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/petkim-turkiyenin-neft-kimya-sektorunda-ilk-risk-menecmenti-sertifikati-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR